bazar, 15 noyabr 2026
Dünya

NATO-da İran və Ukrayna ilə bağlı gərginlik: 2027-ci il sammiti Albaniyada keçirilməyəcək

NATO-da İran və Ukrayna ilə bağlı gərginlik: 2027-ci il sammiti Albaniyada keçirilməyəcək

NATO 2027-ci ildə Albaniyada keçirilməsi nəzərdə tutulan sammiti ləğv edib. Alyans yüksək səviyyəli görüşlərinin sayını da azaldır. Associated Press-in məlumatına görə, bu qərar müdafiə xərcləri, İran və Ukrayna ilə bağlı gərginliklər fonunda qəbul edilib.

Albaniyanın baş naziri Edi Rama bildirib ki, növbəti sammit 2028-ci ildə Tiranada keçirilə bilər. NATO-nun baş katibi Mark Rütte də açıqlayıb ki, bundan sonra sammitlər yalnız zərurət olduqda keçiriləcək.

NATO-nun müdafiə nazirləri 2027-ci ilin oktyabrında nəzərdə tutulan görüşlərini də keçirməyəcəklər. Alyansın xarici işlər nazirləri də gələn il iki dəfə deyil, yalnız bir dəfə görüşəcəklər.

Bu xəbəri paylaşın