Mərkəz Partiyasının təmsilçisi Aida Kərimi bu gün İsveçin Vestra Yötaland regionunun Regional İnkişaf Komissiyasının sədri seçilib.
İsveçin qeyri-mərkəzləşdirilmiş idarəetmə sistemi çərçivəsində fəaliyyət göstərən bu komissiya regionda iqtisadi inkişaf və məşğulluq siyasəti ilə bağlı qərarlar qəbul edir.
"Demokratlar"ın məlumatına görə, Kərimi İsveçdə keçirilən regional seçkilərdə Vestra Yötalandda Mərkəz Partiyasının siyahısında birinci yerdə seçilib. O, seçkilərdən sonra regionun 15 aparıcı siyasətçisindən biri kimi Vestra Yötaland icra heyətinin üzvü olub.
Aida Kərimi Cənubi Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilginin qızıdır.