bazar, 15 noyabr 2026
İran

Qalibaf: ABŞ ilə razılaşma Tehranın yeddi şərtinin qəbul edilməsindən asılıdır

Qalibaf: ABŞ ilə razılaşma Tehranın yeddi şərtinin qəbul edilməsindən asılıdır

İslam Respublikası parlamentinin sədri Məhəmmədbağır Qalibaf Tehranın Vaşinqtonla razılaşma üçün irəli sürdüyü yeddi şərti təkrarlayıb və ABŞ-ı hərbi toqquşmaların miqyasını genişləndirməklə hədələyib.

Qalibaf noyabrın 15-də, bazar günü parlamentin açıq iclasında bəyan edib: «ABŞ-ın danışıqlar, yoxsa müharibə istəməsi bizim üçün heç də önəmli deyil. Əgər yeddi şərtimizi qəbul etsələr, razılaşma yolu açıqdır».

O, SEPAH-ın yeni yeraltı raket qurğularının nümayiş etdirilməsinə toxunub. Qalibaf bu qurğuların regionda strateji tarazlığı dəyişdiyini iddia edib və xəbərdarlıq edib: «Əgər bu dəfə amerikalılar səhvə yol versələr, döyüşün coğrafiyasını silahlı qüvvələrimizin gücü və iradəsi müəyyən edəcək».

Bu açıqlamalar Tehran və Vaşinqton arasında razılaşmanın şərtləri və İranın dəniz blokadasının davam etməsi ilə bağlı fikir ayrılıqlarının hələ də qaldığı bir vaxtda səsləndirilir.

Bu xəbəri paylaşın