SEPAH Bəhreynin ər-Rifa helikopter bazasında yerləşən ABŞ-a məxsus hava hücumundan müdafiə radarını altı dronla hədəfə aldığını iddia edib. SEPAH bu hücumu hücumlarının «ikinci mərhələsi» adlandırıb. Qurumun iddiasına görə, dronların hədəfə dəyməsinin səsi Bəhreynin müxtəlif yerlərində eşidilib.
SEPAH həmin bəyanatda bir daha təhdid edərək Hörmüz boğazının bağlı olduğunu və ABŞ-ın istənilən addımına daha sərt cavab veriləcəyini bildirib. SEPAH Hörmüz boğazında neft tankerlərinin müşayiət olunmasını «neft qaçaqmalçılığı» adlandırıb və ABŞ-ın bu planda uğursuzluğa düçar olduğunu iddia edib. CENTCOM daha əvvəl SEPAH-ın Bəhreyndə ABŞ radarına əvvəlki hücumla bağlı iddiasını təkzib etmişdi. CENTCOM-un açıqlamasına görə, həmin hücumdakı hər iki dron vurulub və heç bir ziyan dəyməyib.