Cənubi Pars yatağının 14-cü fazasına aid qaz platformalarından biri noyabrın 10-da, çərşənbə axşamı axşam saatlarında partlayıb və alovlanıb. Neft nazirinin müavininin sözlərinə görə, bu platforma 14,5 milyon kubmetr qaz hasil edirdi. Hökumət mediası dərhal yanğının «tam nəzarət altında» olduğunu və heç kimin xəsarət almadığını iddia edib.
Pars Neft və Qaz Şirkətinin ictimaiyyətlə əlaqələr xidməti yanğını təsdiqləyib və onun əməliyyat və təhlükəsizlik qüvvələri tərəfindən söndürüldüyünü iddia edib. Partlayışın səbəbi açıqlanmayıb, rəsmi media isə yalnız hadisənin səbəbini müəyyənləşdirmək üçün araşdırmaların davam etdiyini yazıb.
Hökumətin sözçüsü Fatimə Mühacirani daha əvvəl qazın kəsilməsi ehtimalı barədə xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, ötən qışlarda qaz çatışmazlığı təxminən 300 milyon kubmetr olub, qaz emalı zavodlarına edilən hücumlar isə hasilat gücünün daha 230 milyon kubmetrini sıradan çıxarıb. Yəni bu partlayışdan əvvəl ölkənin qaz çatışmazlığı artıq 500 milyon kubmetri ötmüşdü, halbuki Cənubi Parsın ümumi hasilat gücü təxminən 700 milyon kubmetrdir.