bazar ertəsi, 9 noyabr 2026
Dünya

ABŞ-ın İsraildəki səfiri: İrana hücumdan bəlkə də ilk siren səsi ilə xəbər tutacağam

ABŞ-ın İsraildəki səfiri: İrana hücumdan bəlkə də ilk siren səsi ilə xəbər tutacağam

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi i24 News telekanalına müsahibəsində Donald Trampın İslam Respublikasına mümkün hücumla bağlı hansı qərarı verəcəyini bilmədiyini deyib. Onun sözlərinə görə, o, bundan bəlkə də yalnız hücum başlayanda və ya ilk siren səsini eşidəndə xəbər tutacaq. Hakabi Trampın mühakimə qabiliyyətinə böyük inam bəslədiyini bildirib.

Hakabi əlavə edib ki, İsraildə keçirilən seçkilərdən sonra Qadi Ayzenkotla söhbəti olmayıb. Onun sözlərinə görə, ABŞ İsrail xalqının seçdiyi istənilən hökumətlə əməkdaşlıq edəcək.

Səfir Vaşinqtonun İsrailə yardımlarından danışarkən bildirib ki, onların tədricən azaldılması təklifini ilk dəfə Binyamin Netanyahu irəli sürüb. Bu təklifin məqsədi maliyyə yardımına əsaslanan münasibətləri ticari münasibətlərə çevirməkdir. Hakabi qeyd edib ki, hazırkı saziş daha iki il qüvvədə qalacaq və yardımların qəfil dayandırılması, ehtimal ki, Konqresin qərarını tələb edəcək.

Bu xəbəri paylaşın