İraq nümayəndə heyəti Tehrana 8 saatlıq səfəri zamanı İslam Respublikasının rəsmiləri ilə görüşüb və onlara ABŞ-ın mesajını çatdırıb. Bu barədə ərəbdilli xəbər kanallarından biri bazar günü, noyabrın 8-də öz mənbələrinə istinadən xəbər verib.
Həmin mənbələrin sözlərinə görə, İraq nümayəndə heyətinin səfəri ABŞ prezidenti Donald Trampın İraqın baş naziri Əli əz-Zeydi ilə telefon danışığından sonra baş tutub. ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak da bu səfərdən əvvəl Bağdada getmişdi.
Bu xəbər İran rejiminin vəkil qrupu olan Yəmən husilərinin Səudiyyə Ərəbistanındakı Aramco obyektlərinə raket və PUA hücumu etdiklərini açıqladıqları vaxta təsadüf edib. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Ər-Riyadda Aramco-nun inzibati binalarından birinə qəlpə düşdüyünü və binaya «məhdud ziyan» dəydiyini təsdiqləyib.