Məclisin Milli Təhlükəsizlik Komissiyasının üzvü İslam Respublikasının ABŞ ilə danışıqlar aparan qrupunun tərkibinin dəyişdirilməsini tələb edib. Mahmud Nəbəviyan bu tələbi noyabrın 7-də, şənbə günü X sosial şəbəkəsində Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə ünvanladığı paylaşımda irəli sürüb.
Nəbəviyan ABŞ ilə əvvəlki danışıqları «uğursuz təcrübələr» adlandırıb. Onun sözlərinə görə, bu danışıqlar «böyük ziyanlara» səbəb olub. O, bu uğursuzluqların kökünü danışıqçıların Amerika tərəfi qarşısındakı «diqqətsizliyində və sadəlövhlüyündə» görüb.
Deputat Rzaidən «hazırkı həssas şəraitdə» danışıqlar qrupunun tərkibinə yenidən baxmağı istəyib. Onun yazdığına görə, həmin danışıqların «keçmiş üzvləri» Vaşinqtonla aparılan danışıqların hazırkı mərhələsində də iştirak edirlər.