şənbə, 7 noyabr 2026
İran

CENTCOM-un çağırışı: İslam Respublikasının nüvə proqramı barədə məlumata görə 20 milyon dollar mükafat

CENTCOM-un çağırışı: İslam Respublikasının nüvə proqramı barədə məlumata görə 20 milyon dollar mükafat

ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) İslam Respublikasının nüvə proqramı ilə bağlı məlumatlara görə 20 milyon dollaradək mükafat elan edib. Bu mükafat ABŞ Dövlət Departamentinin «Ədalət naminə mükafat» proqramı tərəfindən ödənilir. Məlumat verənlərə yaşayış yerini dəyişmək imkanı da təklif olunub.

Tələb olunan məlumatlar bu proqramın obyektləri və avadanlıqları, eləcə də onunla əlaqəli şəxslərlə bağlıdır. Elmi ictimaiyyətin üzvləri və nüvə alimləri də bu şəxslərin sırasındadır. Bunlardan hər hansı birinin başqa yerə köçürülməsi barədə istənilən məlumata görə də mükafat veriləcək.

CENTCOM bu çağırışla yanaşı, məlumat göndərmək üçün proqramın veb-saytının ünvanını da yayımlayıb.

Bu xəbəri paylaşın