ABŞ-ın maliyyə naziri Skott Bessent Hörmüz boğazında gəmi hərəkətinin müharibədən əvvəlki səviyyəyə qayıtdığını açıqlayıb. Onun sözlərinə görə, yeganə fərq ondan ibarətdir ki, artıq bu marşrutla İrandan neft ixrac olunmur. Bessent yazıb ki, dünya İran nefti olmadan yaşaya bilər, lakin İran rejimi neft ixracı olmadan duruş gətirə bilməz.
Bessent bu mesajla yanaşı, Maliyyə Nazirliyinin «İqtisadi təcrid əməliyyatı» adlı təsvirini də yayıb. Təsvirdə İranın Hörmüz boğazından neft ixracı «sıfır barrel» kimi qeyd olunub. ABŞ-ın adının yanında göstərilən rəqəm isə 1 milyard 500 milyon barreldir.