ArazNews
Ana Səhifə / Azərbaycan / Su və Kanalizasiya Şirkəti susur: Təbrizin qərbi saatlardır susuz qalıb
Azərbaycan

Su və Kanalizasiya Şirkəti susur: Təbrizin qərbi saatlardır susuz qalıb

Su və Kanalizasiya Şirkəti susur: Təbrizin qərbi saatlardır susuz qalıb

Təbrizin qərb rayonlarında bu gün günorta saatlarından su kəsilib. Bir sıra sakinlərin sözlərinə görə, kəsintiyə borunun sınması səbəb olub.

Suyun kəsilməsindən bir neçə saat keçsə də, Su və Kanalizasiya Şirkəti hələ heç bir açıqlama yaymayıb. Bu rayonların sakinləri suyun nə vaxt yenidən veriləcəyini bilmirlər.

Sakinlər şirkətdən kəsintinin səbəbini və suyun təxminən nə vaxt yenidən veriləcəyini rəsmi şəkildə açıqlamağı tələb edirlər. Onların sözlərinə görə, nə vaxta qədər susuz qalacaqlarını bilmək insanların ən azı haqqıdır.