ArazNews
Ana Səhifə / Bölgə / İtaliyanın Eni şirkəti ilə böyük əməkdaşlıq: Türkiyə enerji infrastrukturunun yenilənməsi üzrə 100 milyard dollarlıq layihəyə başlayır
Bölgə

İtaliyanın Eni şirkəti ilə böyük əməkdaşlıq: Türkiyə enerji infrastrukturunun yenilənməsi üzrə 100 milyard dollarlıq layihəyə başlayır

İtaliyanın Eni şirkəti ilə böyük əməkdaşlıq: Türkiyə enerji infrastrukturunun yenilənməsi üzrə 100 milyard dollarlıq layihəyə başlayır

Türkiyə elektrik sistemlərinin və infrastrukturunun modernləşdirilməsi üçün 100 milyard dollarlıq layihəyə başlayır. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İtaliyanın Eni şirkəti ilə böyük əməkdaşlıq barədə məlumat verib.

Bayraktar bildirib ki, yekun razılaşma əldə olunmayınca onun təfərrüatlarını açıqlamayacaq, lakin bu, «böyük layihədir». O, bu sözləri İstanbuldakı Venesiya Sarayında keçirilən İtaliya-Türkiyə Enerji Tərəfdaşlığı Forumunda deyib.

Türkiyənin «2040 Milli Enerji Planı» gələn həftə təqdim olunacaq. Türkiyənin enerji naziri qeyd edib ki, elektrikləşdirmə bu strategiyanın mərkəzində dayanır. O əlavə edib ki, sənayedən binalara qədər iqtisadiyyatın bütün sahələri daha çox elektrikləşəcək.

Bayraktar istehsal gücünün artırılmasının, ötürücü şəbəkənin genişləndirilməsinin və enerjidən səmərəli istifadənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ankaranın prioriteti bərpa olunan mənbələrdən maksimum dərəcədə istifadə etməkdir.