Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Müstəqilliyin Bərpası Günü münasibətilə ünvanladığı mesajda bu ölkənin dövlətini və xalqını təbrik edib, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərini vurğulayıb.
Ərdoğan X sosial şəbəkəsindəki hesabında paylaşdığı mesajda yazıb: «Ölkəm və xalqım adından dost və qardaş ölkəmiz Azərbaycanın Müstəqilliyin Bərpası Gününü ürəkdən təbrik edirəm».
Türkiyə prezidenti həmçinin Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək bu ölkənin xalqına salamlarını çatdırıb və iki xalqın çətin günlərdə də, sevincli anlarda da bir-birinin yanında olduğunu vurğulayıb.
Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpasına dair Konstitusiya Aktını qəbul edib. Bu tarix Azərbaycanın tarixi təqvimində Müstəqilliyin Bərpası Günü kimi qeyd olunur.