ArazNews
Ana Səhifə / Bölgə / Yəmən ordusu 24 saat ərzində 700 husinin öldürüldüyünü iddia edib
Bölgə

Yəmən ordusu 24 saat ərzində 700 husinin öldürüldüyünü iddia edib

Yəmən ordusu 24 saat ərzində 700 husinin öldürüldüyünü iddia edib

Yəmən hökumətinə bağlı ordu «Yəmən şəfəqi» əməliyyatı çərçivəsində son 24 saat ərzində müxtəlif cəbhələrdə husilərin mövqelərinə və texnikasına qarşı 1200-dən çox hücum həyata keçirdiyini açıqlayıb.

Yəmən Silahlı Qüvvələrinin bəyanatında bildirilir ki, bu qüvvələrin sözçüsü Macid ən-Nəzili həmin əməliyyatlarda təxminən 700 husi döyüşçüsünün öldürüldüyünü, 150-dən çox hərbi və logistik nəqliyyat vasitəsinin isə məhv edildiyini və ya sıradan çıxarıldığını iddia edib.