ArazNews
Ana Səhifə / Bölgə / Misirin xarici işlər naziri: «Səudiyyə Ərəbistanı husilərə qarşı nə istəsə, qeyd-şərtsiz cavab verəcəyik»
Bölgə

Misirin xarici işlər naziri: «Səudiyyə Ərəbistanı husilərə qarşı nə istəsə, qeyd-şərtsiz cavab verəcəyik»

Misirin xarici işlər naziri: «Səudiyyə Ərəbistanı husilərə qarşı nə istəsə, qeyd-şərtsiz cavab verəcəyik»

Misirin xarici işlər naziri Bədr Əbdüləti bildirib ki, ölkəsi husi silahlı qruplaşmasına qarşı heç bir qeyd-şərt olmadan Səudiyyə Ərəbistanının yanında dayanır. O deyib: «Səudiyyəlilər nə istəsə, əlbəttə, cavab verəcəyik. Heç bir qeyd-şərt olmadan istənilən növ dəstəyi təmin edəcəyik».

Qahirənin bu mövqeyi üçün tutarlı səbəbi var. İslam Respublikasının müttəfiqləri olan husilərin Bab-əl-Məndəb boğazı bölgəsinə nəzarəti Süveyş kanalının gəlirlərinə zərbə vurub.

Bununla belə, Misir tarix boyu Yəməndəki münaqişələrə qarışmaqdan çəkinib. Camal Əbdünnasir 1962-1967-ci illərdə Yəmənə 70 min hərbçi göndərib və bu müdaxilə Misirin «Vyetnamı»na çevrilib.