İsrail mediasının məlumatına görə, bu gün, oktyabrın 12-də, bazar ertəsi Ramim dağ silsiləsində partlayış baş verib. Bu ərazi İsrailin şimalında, Livan sərhədinin yaxınlığında yerləşir. Həmin ərazidə ekskursiyada olan bir qrup şagird və müəllim partlayış zamanı hadisə yerində olub.
Ən azı iki nəfər ölüb, ölənlərin və yaralananların ümumi sayı 20 nəfərə çatıb. İlkin məlumatlarda 12 nəfərin yaralandığı, onlardan dördünün vəziyyətinin ağır olduğu bildirilmişdi.
Həmin KİV-lərin məlumatına görə, Qalileya bölgəsinin şimalında müharibədən qalmış sursat partlayıb. Hadisə yerinə təcili yardım helikopterləri də göndərilib.