ArazNews
Ana Səhifə / İran / Bəqai Hörmüzün təhlükəsizliyini blokadanın aradan qaldırılmasına bağlayıb: «Blokada davam etdikcə boğaza təhlükəsizlik qayıtmayacaq»
İran

Bəqai Hörmüzün təhlükəsizliyini blokadanın aradan qaldırılmasına bağlayıb: «Blokada davam etdikcə boğaza təhlükəsizlik qayıtmayacaq»

Bəqai Hörmüzün təhlükəsizliyini blokadanın aradan qaldırılmasına bağlayıb: «Blokada davam etdikcə boğaza təhlükəsizlik qayıtmayacaq»

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın dəniz blokadası davam etdikcə Hörmüz boğazına təhlükəsizliyin qayıtmayacağı ilə hədələyib. O, Vaşinqtonun Hörmüz boğazının artıq heç bir təsirinin qalmadığı və Tehranın təzyiq vasitəsini itirdiyi barədə iddiasını rədd edib. Bəqainin sözlərinə görə, İslam Respublikası «öz işini davam etdirir».

Bəqai Hörmüzdə 9 əsfənddən (28 fevral) yaranan vəziyyətin ABŞ və İsrailin hücumunun nəticəsi olduğunu, bunun təzyiq vasitəsi yaratmaqla heç bir əlaqəsinin olmadığını iddia edib. O, İslam Respublikasının bu su yolundakı addımlarını «beynəlxalq hüquqa əsaslanan» addımlar adlandırıb. XİN sözçüsü bu vəziyyətdən məmnun olmadıqlarını etiraf edib və Hörmüzün təhlükəsizliyinin hamıdan çox İranın özü üçün vacib olduğunu qeyd edib.

Bəqai Hafiz günü münasibətilə hamamdan qayıtdığını deyən dəvə haqqında yumoristik şeir oxuyaraq ABŞ-ın iddialarını ələ salıb.