Səudiyyə Ərəbistanının Mülki Aviasiya İdarəsi bildirib ki, şənbə günü Ər-Riyaddakı Kral Xalid adına Beynəlxalq Hava Limanına hücum edilib. Hücum nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb. Hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
"Reuters" agentliyinin məlumatına görə, ölənlər arasında Səudiyyə Ərəbistanının 4, Banqladeşin 2 vətəndaşı, eləcə də ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları var. Yaralılar müxtəlif xəstəxanalara aparılıb.
Səudiyyə rəsmiləri deyib ki, hücumun vurduğu maddi ziyan hələ də qiymətləndirilir. Onların sözlərinə görə, obyektlərin tam təhlükəsiz olduğu təsdiqlənənədək hava limanının fəaliyyəti dayandırılıb.