ArazNews
Ana Səhifə / Bölgə / SEPAH-ın hücumları və xəbərdarlıqlarından sonra Hörmüz boğazının Oman marşrutunda tankerlərin hərəkəti kəskin azalıb
Bölgə

SEPAH-ın hücumları və xəbərdarlıqlarından sonra Hörmüz boğazının Oman marşrutunda tankerlərin hərəkəti kəskin azalıb

SEPAH-ın hücumları və xəbərdarlıqlarından sonra Hörmüz boğazının Oman marşrutunda tankerlərin hərəkəti kəskin azalıb

Tankerlərə hücumların artması və İslam Respublikasının öz nəzarətindən kənarda qalan dəniz marşrutlarını bağlamaqla hədələməsindən sonra Hörmüz boğazının Oman hissəsində ticarət gəmilərinin hərəkəti kəskin şəkildə azalıb.

Gəmiçiliyin vəziyyəti ilə bağlı yeni hesabatlar göstərir ki, ötən həftə tankerlərə hücumlar müharibənin başlanğıcından bəri ən yüksək həddə çatıb, Hörmüz boğazından keçən gəmilərin sayı isə son iki aydan artıq müddətdə ən aşağı səviyyəyə enib.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl Oman sahillərinə yaxın dəniz marşrutundan istifadə ilə bağlı xəbərdarlıq etmişdi. İslam Respublikasının rəsmiləri bu marşrutlardan istifadənin qarşısını alacaqları ilə hədələyiblər.

Eyni zamanda, SEPAH-a bağlı bəzi media qurumları Oman dəhlizinin tamamilə boşalması və son iki həftə ərzində 20-dən çox tankerin hədəfə alınması barədə iddialar irəli sürüblər; lakin bu statistika və marşrutun tamamilə boşalması iddiası indiyədək müstəqil şəkildə təsdiqlənməyib.