ArazNews
Ana Səhifə / Bölgə / Ər-Riyad: İtirilmiş ərazilər geri qaytarılmayınca atəşkəs olmayacaq
Bölgə

Ər-Riyad: İtirilmiş ərazilər geri qaytarılmayınca atəşkəs olmayacaq

Ər-Riyad: İtirilmiş ərazilər geri qaytarılmayınca atəşkəs olmayacaq

Səudiyyə Ərəbistanının siyasətindən xəbərdar olan regional mənbə oktyabrın 9-da, cümə günü bildirib ki, Yəmənin legitim hökuməti itirilmiş bütün əraziləri geri qaytarmayınca Ər-Riyad husilərlə atəşkəsi qəbul etməyəcək.

Mövzunun həssaslığına görə adının açıqlanmasını istəməyən mənbə vurğulayıb ki, Səudiyyə Ərəbistanı husilərin «hərbi şantajına» boyun əyməyəcək. Mənbənin sözlərinə görə, bu ərazilər Yəmən hökumətinin nəzarətinə qaytarılmazdan əvvəl Ər-Riyad döyüşlərin müvəqqəti dayandırılması və ya atəşkəs barədə danışıqları istisna edir.

Bu mövqe barədə Yəmən hökumət qüvvələrinin husilərin ələ keçirdiyi əraziləri geri almaq üçün əks-hücuma başlamasından sonra döyüşlərin şiddətləndiyi bir vaxtda məlumat verilib.