ArazNews
Ana Səhifə / Bölgə / Pakistan Səudiyyə Ərəbistanının yanında: Şahbaz Şərif husilərin hücumlarını sərt şəkildə pisləyib
Bölgə

Pakistan Səudiyyə Ərəbistanının yanında: Şahbaz Şərif husilərin hücumlarını sərt şəkildə pisləyib

Pakistan Səudiyyə Ərəbistanının yanında: Şahbaz Şərif husilərin hücumlarını sərt şəkildə pisləyib

Pakistanın baş naziri Şahbaz Şərif husilərin Səudiyyə Ərəbistanına raket hücumlarını pisləyib və bildirib ki, İslamabad bu qruplaşmanın təhdidləri qarşısında Ər-Riyadın yanında olacaq.

Şahbaz Şərif yaydığı bəyanatda Pakistanın Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə sadiqliyinin «qəti və sarsılmaz» olduğunu açıqlayıb, husiləri hücumlarını dərhal dayandırmağa çağırıb.

Pakistanın baş naziri həmçinin Səudiyyə Ərəbistanının öz xalqını, şəhərlərini və həyati əhəmiyyətli infrastrukturunu müdafiə etmək hüququnu İslamabadın tam dəstəklədiyini vurğulayıb. O, Səudiyyə qüvvələrinin və koalisiyanın ballistik raketləri zərərsizləşdirmək üzrə fəaliyyətini yüksək qiymətləndirib.

Bu mövqe Yəmən hökumətini dəstəkləyən koalisiya Ər-Riyada doğru atılan iki ballistik raketin zərərsizləşdirildiyini və Xamis-Muşeyt istiqamətində daha bir raketin məhv edildiyini açıqladıqdan sonra bəyan edilib.