ArazNews
Ana Səhifə / Bölgə / Berlinə rəsmi etiraz: Azərbaycan Almaniya kəşfiyyatının sabiq rəhbərinin casusluğu barədə “Spiegel”in iddiasını rədd edib
Bölgə

Berlinə rəsmi etiraz: Azərbaycan Almaniya kəşfiyyatının sabiq rəhbərinin casusluğu barədə “Spiegel”in iddiasını rədd edib

Berlinə rəsmi etiraz: Azərbaycan Almaniya kəşfiyyatının sabiq rəhbərinin casusluğu barədə “Spiegel”in iddiasını rədd edib

Azərbaycan diplomatik kanallar vasitəsilə Almaniya Federal Kanslerliyinə və Xarici İşlər Nazirliyinə etiraz edib. Bu etiraz Almaniyanın “Spiegel” jurnalının yaydığı məqaləyə cavab olaraq edilib.

“Spiegel” Auqust Hanninqin Azərbaycan üçün casusluq etdiyini iddia edib. O, 1998-2005-ci illərdə Almaniya Federal Kəşfiyyat Xidmətinə (BND) rəhbərlik edib. Jurnalın iddiasına görə, Hanninq Azərbaycan tərəfi üçün məxfi hesabatlar hazırlayırmış.

Azərbaycanın Media və Yayım Şurası da bəyanatla çıxış edərək məqaləni yanlış adlandırıb. Şuranın sözlərinə görə, bu cür məqalələr Azərbaycanla Almaniya arasında genişlənən münasibətlərə zərər vurmaq məqsədilə yayılır.