"Hana" İnsan Haqları Təşkilatının məlumatına görə, Tehran İnqilab Məhkəməsinin 23-cü şöbəsi Kirmanşah sakini olan üç vətəndaşı «məharibə» ittihamı ilə edama məhkum edib. Sirvan Şabani, Xosrov Məhəmmədiniya və Məsud Tuşmalani 1404-cü ilin dey ayında baş verən etirazlar zamanı həbs olunmuşdular.
Sirvan Şabani 25 yaşındadır. O, sənətkar və musiqiçidir, həmçinin pop və ənənəvi musiqi ifa edən bir orkestrə rəhbərlik edir.
Təhlükəsizlik qüvvələri bu üç nəfəri dey ayının 19-da, İslamşəhrdəki etirazlarla eyni vaxtda həbs ediblər. Onlar aylarla təkadamlıq kamerada saxlanılıblar və "Hana"nın bildirdiyinə görə, onlardan məcburi etiraf alınıb. Hazırda bu üç etirazçı Kərəcdəki Qızılhəsar həbsxanasında saxlanılır.