Tehran bazarında dollar 252 min tümən həddini keçərək yeni rekord qeydə alıb. ABŞ dolları mehr ayının 7-si, çərşənbə axşamı günortaya qədər 252 min 500 tümənə alınıb-satılıb ki, bu da dünənki məzənnədən 8 min 500 tümən çoxdur.
Avro 287 min, Britaniya funt sterlinqi isə 334 min tümənə çatıb. Tam qızıl sikkənin qiyməti bir gündə 4 milyon tümən sıçrayaraq 249 milyon 500 min tümən olub, yarım sikkə və dörddəbir sikkə isə müvafiq olaraq 128 milyon və 68 milyon 500 min tümənə satılıb.
Son bir həftədə bahalaşma daha da sürətlənib: ötən çərşənbə axşamı təxminən 233 min tümən olan dollar yeddi gün ərzində təxminən 20 min tümən bahalaşıb. Ötən il mehr ayının 6-da həmin valyutanın qiyməti 111 min tümən idi. Bu o deməkdir ki, dolların qiyməti bir il ərzində 127 faiz artıb.