ArazNews
Ana Səhifə / İran / SEPAH sözçüsü: Toqquşmaların forması dəyişərsə, «yeni silahlar» meydana çıxaracağıq
İran

SEPAH sözçüsü: Toqquşmaların forması dəyişərsə, «yeni silahlar» meydana çıxaracağıq

SEPAH sözçüsü: Toqquşmaların forması dəyişərsə, «yeni silahlar» meydana çıxaracağıq

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü bildirib ki, toqquşmaların mahiyyəti və forması dəyişəcəyi təqdirdə İslam Respublikasının komandanlığı altındakı qüvvələr də «yeni silahlar»dan istifadə edəcək.

SEPAH-a yaxın Fars agentliyinin xəbərinə görə, o deyib: «Düşmənlərin mütləq başqa ssenariləri də var. Biz həmin ssenarilərdən xəbərsiz deyilik və özümüzü onlara hazırlamışıq.»

SEPAH sözçüsü bu silahların növü, onlardan nə vaxt istifadə oluna biləcəyi və ya qeyd olunan imkanlar barədə təfərrüat açıqlamayıb.