ArazNews
Ana Səhifə / Dünya / Britaniya antiterror polisi Feyrford bazası yaxınlığında bomba partlatmaq planında İranın rolu ehtimalını araşdırır
Dünya

Britaniya antiterror polisi Feyrford bazası yaxınlığında bomba partlatmaq planında İranın rolu ehtimalını araşdırır

Britaniya antiterror polisi Feyrford bazası yaxınlığında bomba partlatmaq planında İranın rolu ehtimalını araşdırır

Britaniya polisi Feyrford hava bazası yaxınlığında beş kişinin saxlanılmasından sonra İran İslam Respublikasının bu hərbi bazaya qarşı ehtimal edilən bomba partlatmaq planının arxasında dayanıb-dayanmadığını araşdırır. Söhbət ABŞ ordusunun İran müharibəsi ilə bağlı əməliyyatlarda istifadə etdiyi bazadan gedir.

"Reuters" agentliyi və Britaniya antiterror polisinin məlumatına görə, bazar günü səhər saatlarında üç şübhəli avtomobilin Feyrford bazasına doğru hərəkət etdiyi barədə məlumat daxil olduqdan sonra əməkdaşlar beş kişini saxlayıb. Həmin şəxslər əvvəlcə partlayıcı maddələrlə bağlı cinayətlərdə, daha sonra isə "terror aktına hazırlıq" şübhəsi ilə dindirilib.

Britaniya ordusunun bomba zərərsizləşdirmə qrupu üç avtomobili yoxlayıb, onların ətrafında 400 metrlik təhlükəsizlik zonası yaradılıb. Həmçinin ehtiyat tədbiri olaraq təxminən 85 ailə ərazidən təxliyə edilib.

"The Guardian" qəzetinin xəbərinə görə, araşdırmanın istiqamətlərindən biri işin İranla mümkün əlaqəsinin yoxlanılmasıdır. Lakin polis indiyədək heç bir əlaqəni təsdiqləməyib, saxlanılan şəxslərin kimliyi, vətəndaşlığı və motivi də açıqlanmayıb.

Bu iş İslam İnqilabı Keşikçiləri Korpusunun daha əvvəl Feyrford bazasının İrana hücum üçün istifadə edilərsə, "qanuni hədəf" sayıla biləcəyi barədə xəbərdarlıq etdiyi bir vaxtda araşdırılır.