ArazNews
Ana Səhifə / Dünya / G7-dən İrana çağırış: Husilərə silah verməyi və dəstəyi dayandırın
Dünya

G7-dən İrana çağırış: Husilərə silah verməyi və dəstəyi dayandırın

G7-dən İrana çağırış: Husilərə silah verməyi və dəstəyi dayandırın

G7 ölkələrinin xarici işlər nazirləri İran rejimindən Yəməndəki husilərə silah göndərilməsini və onlara dəstəyi dayandırmağı tələb ediblər. Onlar xəbərdarlıq ediblər ki, bu prosesin davam etməsi qlobal ticarəti və beynəlxalq sabitliyi daha böyük təhlükəyə məruz qoya bilər.

Reuters agentliyinə istinadən, ABŞ, Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanın xarici işlər nazirləri BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən görüşdən sonra husilərin Yəməndə və Səudiyyə Ərəbistanına qarşı son hücumlarını pisləyiblər.

G7 həmçinin husilərdən mülki gəmiçiliyə qarşı hərbi əməliyyatları, hədələri və hücumları dərhal dayandırmağı və siyasi prosesə qayıtmağı tələb edib.

Bu bəyanat elə bir şəraitdə yayılıb ki, husilərin Qırmızı dəniz sahilində və Bab əl-Məndəb boğazı yaxınlığındakı son irəliləyişləri dünyanın ən mühüm ticarət və enerji daşınma yollarından birinin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.