İran Sepahının sözçüsü Hüseyn Möhəbbi hədə-qorxu gələrək bildirib ki, İran rejiminə qarşı yeni bir hücum baş verərsə, Sepah onun iddiasına görə dünyanı heyrətə gətirəcək silahlardan istifadə edəcək.
Möhəbbi "əl-Aləm" telekanalı ilə söhbətində iddia edib ki, müdafiə və qarşı hücumların üsulu dəyişəcək. O, "müharibənin coğrafiyasının dəyişməsi" və yeni avadanlıqların işə salınmasından danışıb.
Sepahın sözçüsü həmçinin bildirib ki, mümkün növbəti toqquşma dövründə İran rejiminin hücumlarının hədəfləri əvvəlki hədəflər olmayacaq və siyahıda yeni hədəflər var. O, silahların növü və ya bu hədəflər barədə heç bir təfərrüat açıqlamadan deyib ki, Sepah özünü "uzunmüddətli müharibəyə" hazırlayıb.
Sepahın bu nümayəndəsi eyni söhbətdə daha əvvəl iddia etmişdi ki, İran rejiminin indiyədək istifadə etmədiyi strateji silahları var. Möhəbbinin iddialarını müstəqil şəkildə təsdiqləmək mümkün deyil.