ArazNews
Ana Səhifə / İran / Sepah sözçüsü hədə etdi: yeni hücum olarsa, "müharibənin coğrafiyası" və silah növləri dəyişəcək
İran

Sepah sözçüsü hədə etdi: yeni hücum olarsa, "müharibənin coğrafiyası" və silah növləri dəyişəcək

Sepah sözçüsü hədə etdi: yeni hücum olarsa,

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) sözçüsü xəbərdarlıq edib ki, yeni bir hücum baş verərsə, İran rejimi hərbi cavabının miqyasını, silah növlərini və hədəflərini dəyişəcək.

Sepaha yaxın media qurumlarının məlumatına görə, Sepah sözçüsü bildirib ki, yeni təcavüz halında rejimin müdafiə və qarşı hücum üsulunda "əhəmiyyətli dəyişikliklər" olacaq. O əlavə edib ki, bu dəyişikliklər "müharibənin coğrafiyasını" və yeni silah-sursat, avadanlıqdan istifadəni əhatə edəcək.

O iddia edib ki, fərqli imkanlara malik yeni silahlar döyüş meydanına gətiriləcək və bu, "dünyanı təəccübləndirəcək".

Sepah sözçüsü həmçinin deyib ki, gələcəkdə mümkün hədəflər mütləq əvvəlki hədəflərlə eyni olmayacaq və rejim indiyədək hücuma məruz qalmamış "yeni hədəflər" nəzərdə tutur.