ArazNews
Ana Səhifə / İran / Tramp Axios-a: "Böyük qərar yaxınlaşır - onları məhv edim, ya yox"
İran

Tramp Axios-a: "Böyük qərar yaxınlaşır - onları məhv edim, ya yox"

Tramp Axios-a:

Donald Tramp Axios ilə söhbətində deyib ki, İranla bağlı taleyüklü bir qərara yaxınlaşıb: İslam Respublikasına qarşı geniş miqyaslı hərbi əməliyyata yenidən başlasın, yoxsa münaqişəni sona çatdırmaq üçün başqa yol seçsin.

ABŞ prezidenti deyib: "Qarşımda böyük bir qərar var. Girib onları məhv edimmi, yoxsa yox? Bu, böyük qərardır. Məndən istənilən şey gözlənilə bilər."

Tramp əlavə edib ki, BMT Baş Assambleyasının kənarında Körfəz ölkələrinin altı liderilə görüşmək və növbəti addımlar barədə danışmaq niyyətindədir. Onun sözlərinə görə, bu ölkələrin hansı mövqedə olduğunu və vəziyyətlərinin necə olduğunu bilmək istəyir.