ABŞ prezidenti Donald Tramp bildirib ki, İran onun hökuməti ilə birbaşa əlaqə saxlayıb və ABŞ ilə "çox" razılaşma əldə etmək istəyir.
Tramp Şimali Karolinada çıxış edərək müharibənin sona çatmasına ümid etdiyini bildirib və əlavə edib: "Onlar razılaşma əldə etmək istəyirlər və bunun necə davam edəcəyini görəcəyik".
Tehranın müraciətinin vasitəçilər üzərindən, yoxsa birbaşa olduğuna dair sual cavabında Tramp əlaqənin "birbaşa" olduğunu deyib, lakin əlavə təfərrüat verməyib.
Eyni zamanda, Axios xəbər verib ki, Tramp gələn həftə BMT Baş Assambleyasının kənarında Körfəz ölkələrinin liderləri ilə İran mövzusunda danışıqlar aparacaq.
İran rejiminin rəsmiləri bu xəbərin yayıldığı ana qədər Trampın iddiasına rəsmi münasibət bildirməyiblər.