ArazNews
Ana Səhifə / İran / ABŞ İrana iqtisadi təzyiqi gücləndirmək üçün dünya maliyyə qurumlarını bir araya gətirib
İran

ABŞ İrana iqtisadi təzyiqi gücləndirmək üçün dünya maliyyə qurumlarını bir araya gətirib

ABŞ İrana iqtisadi təzyiqi gücləndirmək üçün dünya maliyyə qurumlarını bir araya gətirib

ABŞ Xəzinədarlıq Nazirliyi İran İslam Respublikasına qarşı "iqtisadi təcrid" əməliyyatlarını genişləndirmək məqsədilə beynəlxalq maliyyə qurumları ilə görüş keçirdiyini bildirib.

ABŞ Xəzinədarlıq Nazirliyinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsi açıqlayıb ki, 16 sentyabr tarixli görüşdə İran rejimi ilə əlaqəli gəlir mənbələrini və təchizat şəbəkələrini müəyyənləşdirmək və pozmaq üçün lazımi məlumatlar maliyyə qurumlarının ixtiyarına verilib.

24 avqustda başlayan bu əməliyyat Vaşinqtonun maliyyə təzyiqini artırmaq və İran İslam Respublikasının beynəlxalq maliyyə şəbəkələrinə çıxışını məhdudlaşdırmaq siyasətinin bir hissəsidir.