ArazNews
Ana Səhifə / Xəbər / İdxal avtomobillərində milyardlıq sıçrayış: Mazda 3-ün qiyməti cəmi 24 gündə təxminən 3 milyard tümən artıb
Xəbər

İdxal avtomobillərində milyardlıq sıçrayış: Mazda 3-ün qiyməti cəmi 24 gündə təxminən 3 milyard tümən artıb

İdxal avtomobillərində milyardlıq sıçrayış: Mazda 3-ün qiyməti cəmi 24 gündə təxminən 3 milyard tümən artıb

"Dünyaye-Eqtesad" qəzeti 20 idxal avtomobilin qiymətini araşdıraraq yazıb ki, bu müddətdə orta qiymət artımı təxminən 1 milyard 300 milyon tümən olub. Eyni zamanda, dollarin məzənnəsi sentyabrın əvvəlindəki təxminən 197 min tümandan 230 min tümana yaxınlaşıb; bu artım birbaşa xarici avtomobillərin qiymətinə təzyiq göstərib.

Ən böyük sıçrayış Mazda 3-də qeydə alınıb — qiyməti 7,5 milyard tümandan 10,25 milyard tümana çatıb, yəni 2,75 milyard tümən və ya 36,6 faiz artım baş verib. Volkswagen ID.4 və Hyundai Kona-nın qiyməti isə müvafiq olaraq təxminən 36 və 34 faiz artıb.

Bazar iştirakçıları həmçinin dəniz və quru nəqliyyatındakı məhdudiyyətləri, logistika xərclərinin artmasını və avtomobillərin gömrükdən keçirilməsi prosesindəki nasazlıqları bahalaşmanı gücləndirən amillər sırasında qeyd edirlər; bu vəziyyət bir daha göstərir ki, valyuta qeyri-sabitliyi və siyasi gərginliklər birbaşa olaraq bazara və istehlakçının alıcılıq qabiliyyətinə təsir göstərir.