Husilərin hücumlarının artması və Səudiyyə Ərəbistanına qarşı təhlükəsizlik təzyiqinin güclənməsi fonunda məlumatlara görə, Riyad bu qrupla mübarizə üçün Britaniyadan yardım istəyib və London daha geniş hərbi dəstək göstərmək məsələsini araşdırır.
Bloomberq xəbər verib ki, Səudiyyə Ərəbistanı husilərin Bab əl-Məndəb boğazı ətrafındakı irəliləyişinə qarşı mübarizədə, həmçinin öz strateji infrastrukturunun qorunmasında Britaniyanın köməyini istəyib. London indiyədək hərbi məsləhətçilər göndərməyə razılıq verib, lakin dəstəyin daha geniş miqyası barədə hələ yekun qərar qəbul etməyib.
Bu tələb elə bir şəraitdə irəli sürülür ki, ABŞ prezidenti Tramp husilərlə birbaşa müharibəyə qoşulmaqdan imtina edib. "New York Times"ın məlumatına görə, Səudiyyə rəsmiləri Vaşinqtonun mövqeyindən "məyus və hüsranа uğramış" vəziyyətdədirlər, Məhəmməd bin Salman isə Trampdan husilərə qarşı hərbi tədbir görməsini istəyib; lakin bu tələb Ağ Evin razılığı ilə qarşılanmayıb.
Eyni zamanda, husilərin Qırmızı dənizdə və Bab əl-Məndəb boğazına yaxın ərazidəki irəliləyişi Səudiyyə Ərəbistanının gəmiçiliyin təhlükəsizliyi və enerji ixracı marşrutları ilə bağlı narahatlığını artırıb.