Amerika Birləşmiş Ştatları ilk dəfə olaraq açıq şəkildə Yer orbitində "kosmik nəzarət" silahlarının yerləşdirildiyini təsdiqləyib. Bu sistemlər həm müdafiə, həm də hücum əməliyyatlarında istifadə oluna bilər.
"Military Times" nəşrinin məlumatına görə, ABŞ Hava Qüvvələrinin naziri Troy Meink 2026-cı il Hava, Kosmos və Kibermüdafiə konfransında bildirib ki, bu imkanlar "düşmənin düşmən hərəkətlərinə" qarşı mübarizə üçün nəzərdə tutulub. O, bu sistemlərin növü və sayı barədə texniki detalların açıqlanmasından imtina edib.
ABŞ Kosmik Qüvvələrinin sözçüsü də ABC News-a bildirib ki, bu imkanlar döyüş komandanlıqlarının əmri ilə həm hücum, həm də müdafiə məqsədləri üçün istifadə oluna bilər.
Amerika mediası bu açıqlamanı Çin və Rusiyaya birbaşa mesaj kimi dəyərləndirib. Bu, kosmosda hərbi rəqabətin misli görünməmiş sürətlə genişləndiyi bir şəraitdə baş verib.