İranın prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran və Muskat Hörmüz boğazından keçidə dair çərçivə barədə anlaşmaya gəliblər; lakin eyni zamanda İran mənbəyi Tesnimə deyib ki, bu anlaşma boğazın yenidən açılması demək deyil.
Pezeşkian bildirib ki, bazar ertəsi Omanda nazirlər səviyyəsində görüş keçiriləcək və Hörmüzlə bağlı danışıqların nəticələri Beynəlxalq Dənizçilik Təşkilatına bildiriləcək. O, bu keçidin açıq qalmasını dəniz mühasirəsinin və ABŞ-ın İran limanlarına qarşı hücumlarının dayandırılması ilə şərtləndirib.
Bunun əvəksinə, Tesnim İran mənbəyinə istinadən yazıb ki, Tehran və Muskat yalnız boğaza giriş-çıxış üçün yeni marşrutlar barədə razılığa gəliblər, cənub marşrutu isə bağlı qalmaqda davam edəcək; bu mövqe Pezeşkianın Hörmüzün yenidən açılmasına dair sözlərindən ilkin başa düşülənlə ziddiyyət təşkil edir.
Bu açıqlamalar dünyanın ən həssas enerji su yollarından birinə dair İslam Respublikasının mövqelərində qeyri-müəyyənlik və çoxsəslilik olduğunu göstərir; halbuki Tehran əvvəllər gəmilərin keçidinə nəzarət və İranla əlaqələndirmənin zəruriliyi üzərində israr edirdi.