ArazNews
Ana Səhifə / İran / Bu ilin qışı daha çətin keçəcək; İranda qaz çatışmazlığı 50 faizə çata bilər
İran

Bu ilin qışı daha çətin keçəcək; İranda qaz çatışmazlığı 50 faizə çata bilər

Bu ilin qışı daha çətin keçəcək; İranda qaz çatışmazlığı 50 faizə çata bilər

İran Energetika Birliyinin sədri Haşim Oreyi qışın ən soyuq dövrlərində İranda qaz çatışmazlığının 50 faizə çata biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu böhran birbaşa elektrik şəbəkəsinə və sənaye sahələrinə də ağırlıq gətirəcək.

Araz News-un Fararo saytına istinadən verdiyi məlumata görə, Oreyi İranda elektrik istehsalının təxminən 90 faizinin qazdan asılı olduğunu bildirib və qaz azlığı probleminin "gələcək 10 il ərzində" də tam həll olunmayacağını deyib. O, bu böhranın bir və ya iki ildə həll ediləcəyi barədə iddiaların real olmadığını vurğulayıb.

Oreyi həmçinin enerji azlığının davam etməsinin sənayeni və iş yerlərini təhdid etdiyini bildirib və inflyasiyanın qarşısını almaq üçün istehsal vahidlərinə davamlı və etibarlı elektrik təchizatının prioritet olmalı olduğunu deyib.