ArazNews
Ana Səhifə / İran / Möhsin Rezai: Tehranın şərtləri ABŞ tərəfindən yerinə yetirilənədək Hörmüz boğazı açılmayacaq
İran

Möhsin Rezai: Tehranın şərtləri ABŞ tərəfindən yerinə yetirilənədək Hörmüz boğazı açılmayacaq

Möhsin Rezai: Tehranın şərtləri ABŞ tərəfindən yerinə yetirilənədək Hörmüz boğazı açılmayacaq

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsin Rezai Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al-Sani ilə görüşündə açıqlayıb ki, ABŞ İslam Respublikasının tələbləri istiqamətində əməli addım atmayana qədər Tehran Hörmüz boğazını açmayacaq.

Rezai həmçinin ABŞ-a xəbərdarlıq edib ki, İrana qarşı hər hansı düşmənçilik xarakterli addım atılarsa, İslam Respublikası Vaşinqtonun hərbi və iqtisadi maraqlarını hədəfə alacaq.

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi daha sonra iddia edib ki, ABŞ danışıqlar və diplomatik proseslər zamanı "dəfələrlə Tehrana xəyanət edib".

İran İslam Respublikası ilə ABŞ arasında vasitəçilik məqsədilə Tehrana səfər edən Qətərin Baş naziri və xarici işlər naziri Rezai ilə görüşdən əlavə, prezident Məsud Pezeşkian, Məclisin sədri Məhəmmədbaqir Qalibaf və İran İslam Respublikasının digər yüksək rütbəli məsul şəxsləri ilə də danışıqlar aparıb.