ArazNews
Ana Səhifə / İran / Möhsün Rezai: Mühasirə davam etsə, ABŞ-ın mənafelərinə yüz faiz zərbə vuracağıq
İran

Möhsün Rezai: Mühasirə davam etsə, ABŞ-ın mənafelərinə yüz faiz zərbə vuracağıq

Möhsün Rezai: Mühasirə davam etsə, ABŞ-ın mənafelərinə yüz faiz zərbə vuracağıq

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai əl-Mənar telekanalına verdiyi müsahibədə bildirib: «Əgər mühasirə davam etsə, biz ABŞ-ın iqtisadi mənafelərini yüz faiz və gücümüzlə hədəfə alacağıq».

O əlavə edib: «Toqquşmaların yenidən başlanması halında özümüzü yeni mərhələyə hazırlayırıq; gələcəkdə hər bir müharibə əvvəlki müharibələrdən fərqli olacaq».

Rezai həmçinin deyib: «Atəşkəs dövründə dəniz mühasirəsini qırdıq və 70-80 milyon barrel neft ixrac etməyə nail olduq».

Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib: «Neft satışının həcmi sanksiyalardan əvvəlki səviyyəyə qayıdıb; üzən ehtiyatların boşaldılmasından əlavə, ixrac üçün yeni marşrutlar yaratmışıq ki, bu da tədricən artmaqdadır».

Möhsün Rezai bu müsahibədə İsrail baş naziri Binyamin Netanyahunu ölümlə hədələyərək deyib: «Biz sübut edəcəyik ki, Netanyahunun səhvləri İsrailin mövcudluğunun sonunu yaxınlaşdırıb».