ArazNews
Ana Səhifə / İran / İran və Oman Hörmüz boğazında "müvəqqəti dəhliz" yaratmaq üçün danışıqlara başlayıb
İran

İran və Oman Hörmüz boğazında "müvəqqəti dəhliz" yaratmaq üçün danışıqlara başlayıb

İran və Oman Hörmüz boğazında

Tehran ilə Vaşinqton arasında münaqişələrin sona çatdırılması ilə bağlı danışıqlar tıxaca düşdüyü bir vaxtda, İran və Oman Hörmüz boğazında gəmilərin hərəkətinin idarə edilməsi ilə bağlı danışıqları yenidən başlayıb.

Reutersə istinadən, Tehran və Muskat Hörmüz boğazında "müştərək müvəqqəti gəmiçilik dəhlizi" yaradılması barədə danışıqlar aparıb və bu marşrutdan minaların təmizlənməsi ilə bağlı razılığa gəliblər.

Fevral ayında müharibə başlamazdan əvvəl dünyanın neft və maye təbii qaz yükünün təxminən beşdə biri Hörmüz boğazından keçirdi, lakin o vaxtdan bəri bu su yolunda gəmi hərəkətinin böyük hissəsi dayanıb.

Bu danışıqlar gəmiçilik üçün təhlükənin davam etdiyi bir şəraitdə aparılır və çərşənbə günü Oman yaxınlığında bir neft tankeri naməlum bir mərminin dəyməsi nəticəsində zədələnib və işləmək qabiliyyətini itirib.