ArazNews
Ana Səhifə / İran / Hökumət tərəfdarlarının Tehran küçələrində Pezeşkian və Hemmatiyə qarşı gecə şüarları
İran

Hökumət tərəfdarlarının Tehran küçələrində Pezeşkian və Hemmatiyə qarşı gecə şüarları

Hökumət tərəfdarlarının Tehran küçələrində Pezeşkian və Hemmatiyə qarşı gecə şüarları

Sərbəst bazarda dolların qiyməti 200 min tümən həddinə çatıb və bu sıçrayış İslam Respublikasının bir sıra tərəfdarlarını Tehran küçələrinə çəkib. Sosial şəbəkələrdə yayılan videolar göstərir ki, bu şəxslər gecə aksiyalarında Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati və prezident Məsud Pezeşkianın əleyhinə şüarlar səsləndiriblər.

Bu küçə etirazları elə bir vaxtda baş verir ki, son aylarda rialın dəyərinin ardıcıl şəkildə düşməsi İran ailələri üçün yaşayış xərclərini kəskin şəkildə artırıb. Hökumət tərəfdarlarının bir hissəsi tərəfindən Mərkəzi Bankın sədrinin və prezidentin birbaşa hədəf alınması, rejimin sosial bazası daxilində belə, hökumətin iqtisadi siyasətindən geniş narazılığın əlaməti sayılır.