ArazNews
Ana Səhifə / İran / Sepahdan yeni təhdid: gələcək müharibədə daha dağıdıcı silahlar istifadə edəcəyik
İran

Sepahdan yeni təhdid: gələcək müharibədə daha dağıdıcı silahlar istifadə edəcəyik

Sepahdan yeni təhdid: gələcək müharibədə daha dağıdıcı silahlar istifadə edəcəyik

İnqilab Mühafizəçiləri Korpusunun (Sepah) sözçüsü açıqlayıb ki, yeni bir müharibə başlayacağı halda, bu qüvvənin istifadə edəcəyi silahlar güc və dağıdıcılıq qabiliyyəti baxımından keçmiş müharibələrdə istifadə olunanlardan "tamamilə fərqli" olacaq.

Araz News-un Sepaha yaxın Fars xəbər agentliyindən verdiyi məlumata görə, general Mühəbbi bildirib ki, Sepahın raketlərinin döyüş başlıqlarının dağıdıcılıq gücü keçmiş müharibələrdə istifadə olunan nümunələrdən "çox daha yüksəkdir".

O, vurğulayıb ki, yeni bir müharibə baş versə, Sepah "bütün istiqamətlərdə" keçmişdən fərqli silahlar istifadə edəcək.