İraq Daxili İşlər Nazirliyi bir daha "silahın yalnız dövlətin əlində olması" siyasətinin həyata keçirilməsini vurğulayıb və bildirib ki, Həşdi-Şəbinin rəsmi idarəçiliyi altında olan bir sıra silahlı qruplar öz silahlarının təhvil verilməsi prosesinə başlayıb.
İraqın rəsmi xəbər agentliyi "VAA"-nın məlumatına görə, İraqın Təhlükəsizlik Media Mərkəzinin rəhbəri Səəd Mən deyib ki, bu plan rəsmi qurumların çərçivəsindən kənarda olan bütün silahları – silahlı qrupların silahlarından tutmuş tayfa silahlarına qədər – əhatə edir və hər hansı konkret bir cərəyanı hədəf almır.
Mən vurğulayıb ki, bu prosesin məqsədi dövlətin nüfuzunu, qanunun aliliyini gücləndirmək və İraqın təhlükəsizliyini, sabitliyini qorumaqdır, digər qruplar da silahlarını təhvil vermə yolundadır.