Azərbaycan 2026-cı ilin yanvar-iyul aylarında Ermənistana 17 milyon 370 min dollar dəyərində məhsul ixrac edib.
Bu statistikanı Azərbaycanın Dövlət Gömrük Komitəsi açıqlayıb.
İlin ilk altı ayında ixracın həcmi 17 milyon 130 min dollar olub, iyul ayında isə buna təxminən 243 min dollar əlavə olunub.
Azərbaycanın Ermənistandan həmin dövrdə həyata keçirdiyi dolayı idxal cəmi 960 dollar təşkil edib, iyul ayında isə heç bir idxal qeydə alınmayıb.