Parlamentin Enerji Komissiyasının üzvü Fərhad Şəhrəki İranda gündəlik təxminən 14 milyon litr benzin kəsiri olduğunu bildirib və hökumətdən istehlakı idarə etmək üçün "qeyri-qiymət" mexanizmlərindən istifadə etməsini tələb edib.
Şəfəqna agentliyinə istinadən, Şəhrəki bildirib ki, gündəlik benzin istehlakı təxminən 135 milyon litrdir, halbuki neft emalı zavodları və neft-kimya müəssisələrinin ümumi istehsalı 121 milyon litrə çatır.
O əlavə edib ki, bu kəsir əvvəllər idxal vasitəsilə tarazlaşdırılırdı, lakin hazırda benzin idxalında da problem yaranıb.
Şəhrəki, həmçinin vurğulayıb ki, hökumətin benzinlə bağlı hər hansı qərarı xalqa şəffaf şəkildə çatdırılmalıdır.