Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi Hörmüz boğazından çıxan bir gəmiyə hücum edildiyini açıqlayıb.
Araz News-un Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinə istinadən bildirdiyinə görə, gəmi şirkətinin təhlükəsizlik məsulu bu dəniz vasitəsinin "naməlum bir mərmi" ilə hədəf alındığını və zərbə nəticəsində mühərrik otağının zərər gördüyünü, heyətdən bir nəfərin də yaralandığını bildirib. Digər heyət üzvlərinə Ömanın sahil mühafizə qüvvələri yardım göstərib.
Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi indiyədək hadisə ilə bağlı heç bir ətraf mühit çirklənməsi barədə məlumat almadığını və hücumla bağlı araşdırmanın davam etdiyini açıqlayıb. Hələ heç bir tərəf bu hücumun məsuliyyətini öz üzərinə götürməyib.