Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp telefon danışığında ikitərəfli münasibətləri, regional və qlobal inkişafları müzakirə ediblər.
Araz News-un Anadolu xəbər agentliyinə istinadən bildirdiyinə görə, Ərdoğan İran və ABŞ arasındakı gərginliyin azaldılması üçün diplomatik imkanlardan ən yüksək səviyyədə istifadə edilməsinin zəruri olduğunu vurğulayıb və danışıqların davam etməsinə ümid etdiyini bildirib.
Ərdoğan həmçinin Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan ortaq müdafiə sazişini regionun sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi baxımından "güclü bir addım" kimi qiymətləndirib və Ankaranın sülh səylərilə Qəzzanın yenidən qurulmasına dəstəyini davam etdirəcəyini vurğulayıb.