ArazNews
Ana Səhifə / İran / Hörmüz boğazında gəmilərin hərəkəti demək olar ki, dayanıb
İran

Hörmüz boğazında gəmilərin hərəkəti demək olar ki, dayanıb

Hörmüz boğazında gəmilərin hərəkəti demək olar ki, dayanıb

Neft daşıyan gəmilərə qarşı son hücumlar və ABŞ ilə İran İslam Respublikası arasındakı danışıqların dayandırılması səbəbindən Hörmüz boğazından dəniz nəqliyyatı kəskin şəkildə azalıb.

Reuters agentliyinin istinad etdiyi Kpler şirkətinin məlumatlarına görə, şənbə günü Hörmüz boğazından cəmi beş yük gəmisi keçib, bazar günü isə fəaliyyətdə olan izləmə sistemlərinə malik heç bir gəminin keçidi qeydə alınmayıb. Bundan əvvəlki həftə sonu isə bu marşrutdan 31 gəmi keçmişdi.

Reuters yazır ki, fevral ayında müharibənin başlamasından əvvəl Hörmüz boğazından gündə 130-dan çox gəmi keçirdi. Bununla belə, bəzi gəmilər izləmə vericilərini söndürməklə bu su yolundan keçə bilər və Kpler-in statistikasında görünməyə bilər.