ArazNews
Ana Səhifə / İran / İsrail hesabatı: İran son iki ay «müharibəni genişləndirməyə» hazırlaşaraq keçirib
İran

İsrail hesabatı: İran son iki ay «müharibəni genişləndirməyə» hazırlaşaraq keçirib

İsrail hesabatı: İran son iki ay «müharibəni genişləndirməyə» hazırlaşaraq keçirib

İsrail mediasının iddiasına görə, İran Respublikası ABŞ ilə əldə olunan 60 günlük anlaşma prosesi ərzində son razılaşmaya doğru irəliləmək əvəzinə, müharibənin genişlənmə ehtimalına qarşı özünü hazırlamağa üstünlük verib.

Araz News-un İsrail Taymzına istinadən bildirdiyinə görə, bu qiymətləndirmə Vaşinqton ilə Tehran arasında razılaşma üçün müəyyən edilmiş müddətin başa çatdığı və müharibənin sona çatması üçün hələ də hər hansı bir anlaşmanın əldə olunmadığı bir dövrdə yayımlanıb.