ArazNews
Ana Səhifə / İran / Mocteba Xameneyinin Farsdakı nümayəndəsi Lütfullah Dejkam: Xameneyi üçün qan intiqamı bir mədəniyyətə çevrilməlidir
İran

Mocteba Xameneyinin Farsdakı nümayəndəsi Lütfullah Dejkam: Xameneyi üçün qan intiqamı bir mədəniyyətə çevrilməlidir

Mocteba Xameneyinin Farsdakı nümayəndəsi Lütfullah Dejkam: Xameneyi üçün qan intiqamı bir mədəniyyətə çevrilməlidir

Əli Xameneyinin dəfnindən qırx gün sonra Şiraz cümə imamı «intiqam»ın son nəticəyə qədər davam etdirilməsindən danışıb. Lütfullah Dejkam Şirazda cümə namazı xütbələrində deyib ki, intiqam anlayışı kiçik sayılmamalıdır və bir nəfərin öldürülməsi məsələnin sonu hesab edilməməlidir.

Dejkam «din və inqilab yolunda» tökülən qanlara işarə edərək vurğulayıb ki, qan intiqamının məqsədi bir şəxsin cəzalandırılmasından qat-qat üstündür. O, «qan intiqamı»nın cəmiyyətdə ümumi bir mədəniyyətə çevrilməsini tələb edib.